Ulduz futbolçu 30 yaşında karyerasını bitirdi
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Niklas Süle karyerasını başa vurub.
Msport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.
Almaniya millisinin sabiq üzvü aprelin 18-də “Hoffenhaym”a uduzduqları (1:2) oyunda zədələndikdən sonra bu qərarı verib.
Qeyd edək ki, 2022-ci ildən Dortmund təmsilçisində çıxış edən Niklas Süle daha əvvəl “Bavariya”nın heyətində 5 dəfə Bundesliqanın, 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.







