featured-image-65286

Kamerun millisinin hücumçusu Vensan Abubakar “Qarabağ”a keçməyə yaxındır.

Msport.az xəbər verir ki, bu iddia ilə Afrika mətbuatı məlumat yayıb.

Bildirilib ki, azad agent statusu daşıyan 33 yaşlı forvardın meneceri ilə danışıqlar müsbət məcrada davam edir. Həm “Qarabağ”, həm də futbolçu özü bu keçidin baş tutmasında maraqlıdır. Bu üzdən tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir.

Qeyd edək ki, Vensan Abubakar bu ayın əvvəlində Türkiyənin “Hatayspor” klubundan ayrılıb.

Bənzər xəbərlər