Ulduz futbolçu daha 4 il "Mançester Siti"də - RƏSMİ
Fil Foden “Mançester Siti” ilə müqaviləsini uzadıb.
Msport.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi 2030-cu ilə qədər “şəhərlilər”in formasını geyinəcək.
26 yaşlı futbolçu 2017-ci ildə “Siti”də debüt edib. O, bu klubun heyətində 20 titul qazanıb.
Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel Fodeni DÇ-2026-ya yollanan heyətə daxil etməmişdi.







