featured-image-79487

PAOK futbolçusu Deyan Lovrenlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb. Lovren 2024-cü ilin sentyabrından PAOK-da çıxış edirdi.

Qeyd edək ki, Xorvatiya millisinin sabiq üzvü daha əvvəl “Liverpul”, “Lion”, “Zenit” klublarda çıxış edib.

Bənzər xəbərlər