featured-image-39027

“Ötən tur möhtəşəm rəqiblə maraqlı oyun oldu. Bu matç komanda üçün böyük motivasiya olacaq. Bilirik ki, birgə çalışsaq, yaxşı nəticələrə nail ola bilərik”.

Bu sözləri Msport.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Roderik Miller X turda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edərkən deyib.

Həmin görüşdəki mübahisəli hakim qərarlarından danışan panamalı müdafiəçi bəzən ədalət təmsilçilərinin də səhvə yol verdiyini bildirib: “Futboldur, bəzən qərarlar düzgün olmaya bilər, biz işi davam etdirməliyik. Bu məsələləri klubun ixtiyarına buraxmalıyıq, hakim səhvləri daha az baş versin”.

32 yaşlı oyunçu bu gün “Kəpəz”ə qarşı keçirəcəkləri XI tur matçına da toxunub: “Derbi oynamaq çox həvəsləndiricidir. Ümid edirik ki, gözəl şou olacaq. Qələbə qazana bilərik. Bunu isə meydanda etmək lazımdır. Ümid edirəm ki, komandamız 3 xalı qazanmaq üçün ən yaxşı günündə olacaq”.

Qeyd edək ki, “Turan Tovuz” – “Kəpəz” oyunu saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər