featured-image-3328

“Yuventus”un müdafiəçisi Corco Kyellini Turin klubunu tərk edəcəyini təsdiq edib.

Msport.az xəbər verir ki, 37 yaşlı futbolçu “Football İtalia”ya bu haqda belə deyib:

“Son 10 il möhtəşəm idi. İndi uşaqlar başlanmış işi davam etdirməlidirlər. Mən bacardığımı etdim və ümid edirəm ki, özümdən sonra nəsə iz qoya bildim.

Bazar ertəsi öz stadionumla vidalaşacam, sonra isə gücüm olsa, son dəfə Florentsiyada oynayacam.

Şadam ki, bu cür yüksək səviyyədə gedirəm. Mən uzun illər deyirdim ki, karyeramı əvvəlki səviyyədə oynamağa gücüm qalmayanda bitirmək istəmirəm.

Bütün gücümü-qüvvəmi verdim və tezliklə “Yuventus”un ən sadiq azarkeşlərindən biri olacam. Uzun illər klubda olduqdan sonra birdən-birə öz hisslərini kənara qoymaq mümkün deyil”.

Kyellini Turin klubunda 9 dəfə İtaliya A seriyasının qalibi olub. Beş dəfə İtaliya kubokunu və Superkuboku qazanıb.

Bənzər xəbərlər