featured-image-79555

DÇ-2026-da qrup mərhələsinin son oyununa çıxacaq Uruqvay millisinin düşərgəsində gərginlik yaşanır.

Msport.az xəbər verir ki, İspaniya ilə matçdan əvvəl millinin bəzi futbolçuları baş məşqçi Marselo Byeltsya öz etirazlarını bildiriblər.

Serxio Roçet, Manuel Uqarte, Rodriqo Bentankur və Federiko Valverde baş məşqçi ilə görüşüblər. Onlar məşqlərdəki ağır yükləmələrə görə yorğunluq yarandığını deyiblər. Futbolçular noyabrda ABŞ ilə yoldaşlıq oyununu (1:5) misal çəkiblər. Onlar qeyd ediblər ki, yorğunluq səbəbindən matça tükənmiş halda çıxmışdılar.

Bundan sonra Byeltsa komandanın ümumi iclasını keçirib və o, fasiləsiz 48 dəqiqə danışıb.

Argentinalı mütəxəssis bəzi futbolçulara karyera qurmağa kömək etdiyini deyib. O, Sebastyan Kaseres və Maksimiliano Arauxonu misal çəkib.

40 dəqiqədən sonra bəzi futbolçular xəbərdarlıq etmədən iclası tərk ediblər.

 

Bənzər xəbərlər