featured-image-4884

“Milan” və “Napoli”nin sabiq baş məşqçisi Cennaro Qattuzo İspaniyanın “Valensiya” klubu ilə müqavilə bağlayıb. Msport.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis 2024-cü ilədək müqavilə bağlayıb. Amma anlaşmanın daha sonra 1 il artırılması da mümkün ola bilər.

Xatırladaq ki, Qatuzzo son dəfə “Fiorentina”da işləmişdi. Ancaq o, 2021-ci ilin mayında Florentsiya klubunun sükanı arxasına keçsə də, iyunun ortalarında rəhbərliklə narazılığa görə komandanı tərk etmişdi.

44 yaşlı məşqçi əvəllər “Palermo”, “Sione”, “Piza”, “Milan” və “Napoli” klublarında da çalışıb.

Qeyd edək ki, “Valensiya”nı ötən mövsüm Xose Bordalas çalışdırdı. Onun rəhbərliyi altında komanda 2021-2022-ci illər mövsümündə İspaniya La Liqasında 9-cu yeri tutub.

Bənzər xəbərlər