Valyadolid" La Liqaya yüksəldi, Ronaldo velosipedlə 200 km məsafə qət etdi - FOTO
“Valyadolid”in İspaniya La Liqasına vəsiqə qazanması şərəfinə Ronaldo velosipedlə 200 km məsafəni qət edib.
Msport.az “Marca”ya istinadən xəbər verir ki, Braziliya millisinin sabiq forvardı Santyaqo-de-Kompostelada 200 km-i dörd mərhələdə gedib – günə 50 km.
“Valyadolid”in səhmlərinin 51 faizinə sahib olan əfsanəvi futbolçu verdiyi sözü yerinə yetirib. Ronaldo komandası La Liqaya yüksələrsə, belə səyahət edəcəyini demişdi.