featured-image-79256

25 yaşlı “Tottenhem”in və Niderland millisinin müdafiəçisi Mikki van de Ven “Barselona” və “Liverpul”un maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, hər iki klub oyunçunu transfer etmək üçün fürsət görür.

Çünki “Tottenhem” hələlik hollandiyalı futbolçunun 30 iyun 2029-cu ilə qədər olan müqaviləsinin uzadılması barədə razılığa gələ bilməyib. Mikki van de Ven 2023-cü ildən bəri “Tottenhem”də oynayır və İngiltərə klubuna Almaniyanın “Volfsburq”undan keçib.

Ötən mövsüm oyunçu 45 oyun keçirib, yeddi qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.

Bənzər xəbərlər