featured-image-584

“Mançester Yunayted”, “Real” kimi klublarda oynamış Niderland millisinin sabiq üzvü Rud van Nistelroy “PSV Eyndhoven”in yeni baş məşqçisi ola bilər.

Msport.az xəbər verir ki, ötənlərin məşhur hücumçusu PSV-ni çalışdırmağa əsas namizəd sayılır. Van Nistelroy yayda klubun sükanı arxasına keçə bilər.

Qeyd edək ki, van Nistelroy hazırda PSV-nin gənclərdən ibarət komandasını çalışdırır.

PSV hazırda 64 xalla turnir cədvəlində 2-ci yeri tutur və lider “Ayaks”dan 2 xal geri qalır.

Bənzər xəbərlər