featured-image-969

Niderland millisinin baş məşqçisi Lui van Qal xərçəng xəstəliyinə yoluxub.

Msport.az xəbər verir ki, 70 yaşlı mütəxəssis teleşouda bu barədə məlumat verib.  O, prostat xərçəngindən əziyyət çəkdyini söyləyib.

Van Qal uzun müddətdir xəstəliyin ağır formasını keçirdiyini, bunu futbolçulardan gizlətdiyini söyləyib. O, millidəki toplanış günləri axşamlar müalicə üçün xəstəxanaya getdiyini deyib: “Futbolçular elə bilirdi ki, mən sağlamam. Amma belə deyil”.

Məşqçi onu müalicə edən tibb personalına təşəkkür edib.

Van Qalın bu açıqlamasından sonra onun bir vaxtlar çalışdırdığı “Barselona” və “Mançester Yunayted” klubları mütəxəssisə dəstək mesajı paylaşıblar.

Qeyd edək ki, xəstəliyinə baxmayaraq, van Qal komandasını DÇ-2022-nin final mərhələsinə çıxarmağa nail olub.

Bənzər xəbərlər