Varqas yenidən "Neftçi"də - RƏSMİ
“Neftçi” Freddi Varqasla müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, venesuelalı futbolçu 2+1 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.







