featured-image-63384

“Uşaqlara afərin, yaxşı oyun göstərdilər”.

Msport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun yarımfinal mərhələsində səfərdə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis hakimlər briqadasının qərarlarından narazılığını sərt şəkildə bildirib: “11 nəfər futbolçuya və 3 hakimə qarşı mübarizə apardıq. Sanki VAR-da hakim yox idi. Oyun barəsində bu qədər danışa bilərəm, vəssalam”.

O, jurnalistlərin suallarını gözləmədən mətbuat konfransını tərk edib.

Bənzər xəbərlər