featured-image-6130

“Krivbass” klubu Ukrayna Premyer Liqasının yeni mövsümünün ölkə ərazisində keçirilməsi ilə bağlı bütün komandalara müraciət göndərib.

Msport.az klubun rəsmi saytına istinadən müraciəti təqdim edir:

“Sizdən xahiş edirik ki, Ukrayna Premyer Liqasının 2022-2023-cü illər mövsümünün yalnız Ukraynada keçirilməsini dəstəkləyəsiniz. Bizim fikrimizcə, həm mənəvi prinsiplər baxımından, həm də idman nöqteyi-nəzərindən digər variantlar qəbuledilməzdir.

“Krivbass” klubunun dəqiq Ukrayna mövqeyi var. Biz başa düşmürük ki, Ukraynanı atıb necə gedib hər hansı başqa ölkədə oynaya bilərik? Bundan sonra biz hamının gözünün içinə necə baxacağıq?

İndi biz Ukrayna futbolunu qorumaq üçün birləşməliyik. Elə etməliyik ki, bütün klublar eyni imkana malik olsun. Biz indi ayrı-ayrı klubları xilas etməklə perespektivdə Ukrayna futbolunu itirmək təhlükəsi ilə üzləşəcəyik.

Bizim fikrimizcə, indiki məqamda yarışı başqa ölkədə keçirmək cəhdləri qəribə görünür, Ukrayna vədətdaşları üçün bu, başa düşülən və məntiqli deyil”.

Qeyd edək ki, “Krivbass”ın baş məşqçi postuna “Neftçi”ni çalışdırmağa namizədlərdən olan Yuri Vernidubun keçməsi gözlənilir.

Bənzər xəbərlər