featured-image-6268

Xorvatiyalı Stepan Tomas “Şerif”in baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb. Tomas futbolçu karyerası dövründə Zaqreb “Dinamo”su, “Qalatasaray”, “Fənərbaxça” və “Rubin”lə  Xorvatiya Türkiyə və Rusiyada çempionluqlar qazanıb.

O, 2010-cu ildə məşqçiliyə başlayıb. 46 yaşlı mütəxəssis “Antalyaspor”, “Çaykur Rizespor” və “Göztəpə”ni çalışdırıb. Tomas “Şerif”in baş məşqçi postunda “Neftçi” ilə də danışıqlar aparmış Yuri Vernidubu əvəzləyib. Qeyd edək ki, ukraynalı mütəxəssis dünən “Krivbass”ın baş məşqçisi təyin olundu.

Bənzər xəbərlər