Vieyra Seneqal millisinin baş məşqçisi ola bilər
Fransa millisinin keçmiş kapitanı Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər.
Msport.az xəbər verir ki, 49 yaşlı fransalı mütəxəssis DÇ-2026-dan sonra istefaya göndərilən Pap Tyavı əvəz edəcək.
Tərəflər arasında danışıqlarda ciddi irəliləyişin olduğu və P.Vieyranın yaxın vaxtlarda Seneqal millisinə rəhbərlik edəcəyi bildirilir. Onun son iş yeri “Cenoa” olub. O, İtaliya klubunu 2025-ci ilin noyabrında tərk edib.
Mütəxəssis həmçinin “Strasburq”, “Kristal Pelas”, “Nyu-York Siti”, “Nitsa” və “Mançester Siti”nin gənclər komandasını çalışdırıb.
Qeyd edək ki, Seneqal millisi Pap Tyavın rəhbərliyi altında DÇ-2026-nın 1/16 finalında əlavə vaxtda Belçikaya 2:3 hesabı ilə uduzub.







