featured-image-1919

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasında zədəli futbolçuların çox olmasına yumorla cavab verib.

Msport.az xəbər verir “şəhərlilər”in 3 müdafiəçisi – Con Stounz, Kayl Uoker və Natan Ake zədə səbəbindən bu gün keçiriləcək “Uotford”la oyunda meydana çıxa bilməyəcək. İspaniyalı mütəxəssis mətbuat konfransında bununla bağlı belə deyib:

“İndi həqiqətən problemlərimiz var. Bir çox vacib mövqelərdə çətinliklərimiz var, buna adaptasiya olmalıyıq. Futbolçular bilir ki, problemlərimiz var. Ola bilsin ki, vingerlərdən kimsə mərkəz müdafiəçisi mövqeyində oynamalı olacaq”.

Qvardiolanın “Mançester Siti”yə daha çox futbolçu lazımdır?” sualına cavabı belə olub: “Yox, bu, mənim xoşuma gəlmir. Dörd-beş futbolçunu ehtiyatda saxlayıb meydana buraxmamaq kədərlidir. İstəmirəm ki, belə oyunçuların sayı 8-9 olsun.

Ən yaxşısı, bərpa olunmaq və ağıllı davranmaqdır. Biz elə məşqlər keçirik ki, üzdə gülüş yaransın və pozitiv enerji versin. Hazırlıq beş-on dəqiqə çəkir. Yenidən kimisə itirə bilmərik. Bu gün “Brayton”la oyundan iki gün keçib. Premyer Liqada anlamırlar ki, matçdan iki gün sonra yorğunluq daha çox hiss olunur. Bir az rahatlaşmaq və “Uotford”la görüşə hazır olmalıyıq”.

Bənzər xəbərlər