featured-image-81087

“Real”ın hücumçusu Vinisius klubun yeni müqavilə təklifini qəbul etməyib.

Msport.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı futbolçuya illik 22 milyon avro maaşla beşillik sözləşmə təklif edib.

Müqavilənin ümumi dəyəri 110 milyon avroya çatsa da, tərəflər razılığa gələ bilməyiblər.

Vinisius illik qazancının təxminən 30 milyon avroya çatdırılmasını istəyir. Futbolçunun agentləri ilə klub rəhbərliyi arasında növbəti görüş avqustun 5-də keçiriləcək. Danışıqlarda maaşla yanaşı, reklam və imic hüquqlarından əldə olunan gəlirlərin də müzakirə olunacağı gözlənilir.

26 yaşlı hücumçunun “Real”la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Tərəflər yeni sözləşmə ilə bağlı razılığa gəlməsələr, İspaniya klubu futbolçunun satışını nəzərdən keçirə bilər. Vinisiusla İngiltərənin “Arsenal” futbol komandasının maraqlandığı bildirilsə də, Madrid təmsilçisinə rəsmi təklif göndərilməyib.

Vinisius son olaraq Braziliya millisinin heyətində DÇ-2026-da çıxış edib. Hücumçu turnirdə dörd qol vuraraq komandasının ən məhsuldar futbolçusu olub. Braziliya yığması isə mübarizəni səkkizdəbir final mərhələsində dayandırıb.

Bənzər xəbərlər