Vinisius Premyer Liqada oynaya bilər
Msport.az xəbər verir ki, klub ciddi şəkildə onu transfer etmək istəyir.
“Siti”nin marağı oyunçunun İspaniya klubundakı hazırkı qeyri-sabitliyi ilə əlaqələndirilir. “Mançester Siti”nin məqsədi heyətini yüksək səviyyəli oyunçu ilə gücləndirməkdir və transferi gələn yay transfer pəncərəsinə qədər başa çatdırmağı ümid edir. Vinisiusun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Əvvəllər bildirilirdi ki, “Los Blancos” rəhbərliyi Vinisiusun müqaviləsini yalnız klubun təklifini qəbul etdiyi təqdirdə uzatmağa hazırdır, bu da onun maliyyə tələblərindən xeyli aşağıdır.
Vinisius 2018-ci ildən “Real”da oynayır. Ötən mövsüm oyunçu klubun heyətində bütün yarışlarda 53 oyun keçirib, 22 qol vurub və 14 məhsuldar ötürmə edib.







