featured-image-81115

Braziliya millisinin üzvü Vinisius Junior müqaviləsinin uzadılması ilə bağlı “Real”la razılığa gəlib.

Msport.az xəbər verir ki, bu barədə insayder Romano Alvares paylaşım edib.

26 yaşlı hücumçunun müqaviləsi gələn yay başa çatır.

Mənbənin sözlərinə görə, yeni anlaşmanın müddəti 2031-ci ilin yayına qədər olacaq.

Qeyd edək ki, bir müddət əvvəl forvardla “Arsenal”ın maraqlanmasına dair xəbərlər yayılmışdı. London klubu Vinisius “Real”la razılığa gələ bilməsəydi, futbolçuya rəsmi təklif göndərəcdi.

Vinisius 2018-ci ildən Madrid təmsilçisində çıxış edir. O, ötən mövsüm 53 oyunda 22 qol vurub və 14 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər