Vinisius yeni müqaviləyə razılaşdı
“Real” hücumçusu Vinisius Junior ilə yeni uzunmüddətli müqavilə imzalamaq üçün prinsipial razılıq əldə edib.
Msport.az xəbər verir ki, tərəflər arasında artıq yalnız son detalların dəqiqləşdirilməsi qalıb.
Braziliyalı ulduzun müqaviləsi yenilənsə də, Kilian Mbappe “kral klubu”nun ən çox maaş alan futbolçusu statusunu qoruyub saxlayacaq.
Hazırkı sözləşməsi 2027-ci ilin yayında başa çatacaq Vinisius ildə 25 milyon avro qazanır. Mbappenin illik məvacibi isə 32 milyon avro təşkil edir. Yeni müqavilə ilə Vinisiusun maaşının artırılacağı və komandada qalma müddətinin uzadılacağı gözlənilir.







