Vinisiusun evində yanğın
“Real”ın hücumçusu Vinisius Juniorun Madriddəki evində yanğın baş verib. Msport.az xəbər verir ki, bu barədə “Marka” nəşri məlumat yayıb.
Madrid ətrafındakı Alkobendas şəhərciyindəki La-Moralexa rayonunda yerləşən evdə yanğın bu gün olub.
Evin zirzəmisində yerləşən sauna tam olaraq yanıb.
Vinisius Braziliya millisinin düşərgəsində olduğundan həmin vaxt evdə olmayıb. Yanğın zamanı heç kim xəsarət almayıb.
İlkin məlumata görə, yanğın saunada eektrikdəki qısaqapamadan baş verib.