Vladimir Vaysı “Slovan”da kim əvəzləyəcək?
“Barselona” və “Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture Bratislava “Slovan”ın baş məşqçisi ola bilər.
Msport.az xəbər verir ki, Ture ilə yanaşı, bir neçə başqa mütəxəssislərin də namizədliyi nəzərdən keçirilir. Onların arasında “Liverpul”un xə Xorvatiya millisinin sabiq üzvü İqor Bişçan da var.
Qeyd edək ki, Ture əvəllər “Tottenhem”in akademiyasında, həmçinin Belçika “Standart”ında və Səudiyyə Ərəbistanı yığmasında köməkçi kimi işləyib.
“Slovan” 2025-2026-cı illər mövsümündə Slovakiya çempionu olub.
Bratislava təmsilçisini 2021-ci ildən Vladimir Vays çalışdırır. O, son vaxtlar paralel olaraq Slovakiya millisinə də rəhbərlik edirdi.







