Vlahoviç uğrunda mübarizə
“Milan” və “Bavariya” A Seriyasının digər təmsilçisi “Yuventus”un hücumçusu Duşan Vlahoviçi azad agent kimi transfer etmək variantını nəzərdən keçirirlər.
Msport.az xəbər verir ki, 26 yaşlı serbiyalı oyunçu Turin təmsilçisi ilə müqaviləsini yeniləməsə, klublar onu heyətə qatmağa cəhd edəcəklər.
Futbolçunun müqaviləsi ilə bağlı qeyri-müəyyənlik Avropa nəhəngləri arasında çoxsaylı müzakirələrə səbəb olub.
D.Vlahoviç 2022-ci ilin yanvarından “Yuventus”da çıxış edir. O, 2025/2026 mövsümündə keçirdiyi 18 matçda 6 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, oyunçunun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.







