Vlahoviç “Yuventus”u tərk edir
“Yuventus”un hücumçusu Duşan Vlahoviç klubu azad agent kimi tərk edəcək.
Msport.az xəbər verir ki, insayder Nikolo Skira bu barədə məlumat paylaşıb.
Serbiyalı futbolçunun klubun müqaviləni uzatmaqla bağlı təklidini qəbul etməyib. Vlahoviçin İtaliya təmsilçisi ilə müqaviləyi iyunun sonunda başa çatır.
26 yaşlı forvard 2022-ci ildə “Fiorentina”dan “Yuve”yə keçib. Həmin vaxt transfer 85,4 milyon avroya başa gəlmişdi. O, başa çatan mövsümdə A seriyasında 23 oyunda 10 qol vurub.
Qeyd edək ki, “Arsenal”, “Bayern”, “Milan” kimi klublar Vlahoviçi azad agent kimi transfer etməyə hazırdırlar.







