“Vozinya” ləqəbi ilə oynamağa icazə verilmədi
Kabo-Verde millisinin qapıçısı Vozinya yeni klubu “Kolo-Kolo”da çıxış edərkən məşhur ləqəbini formasında daşıya bilməyəcək.
Msport.az xəbər verir ki, buna Çili Peşəkar Futbol Assosiasiyasının (ANFP) ölkə çempionatı üçün müəyyən etdiyi qaydalar səbəb olub.
ANFP-nin əsasnaməsinə görə, futbolçuların formalarında yalnız ata və ya ana soyadı, həmçinin adın ilk hərfi yazıla bilər. Ləqəb, təxəllüs və ya kod adlarının istifadəsinə isə icazə verilmir.
Bu səbəbdən əsl adı Josimar Evora Dias olan 40 yaşlı qolkiper forması üzərində “Evora” və ya “Dias” soyadlarından birini seçməli olacaq.







