Vrsalko “Qarabağ”a qarşı oynayacaq?
Yunanıstanın “Olimpiakos”unun futbolçusu Şime Vrsalko Bakıda “Qarabağ”a qarşı Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyununda iştirak edə biləcək.
Msport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının 7-ci tur matçını xəstəlik səbəbindən buraxan 30 yaşlı müdafiəçi sıraya dönüb.
Xorvatiya millisinin üzvü Pirey təmsilçisinin məşqlərinə qoşulub.
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq. Ağdam klubu 3-cü tur çərçivəsində Afinada baş tutan görüşdə bu rəqibini üç cavabsız qolla məğlub edib.