featured-image-40506

Ötən ay I Liqa təmsilçisi “Şamaxı”dan ayrılan Vüqar Əsgərli yenidən Azərbaycan Premyer Liqasında işləyə bilər.

Msport.az saytına daxil olan məlumata görə, mütəxəssis elitanın iki təmsilçisindən təklif alıb.

Bunlar “Araz-Naxçıvan” və “Səbail” klublarıdır. Klublarla danışıqları davam etdirən məşqçi taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Vüqar Əsgərli ötən mövsüm Premyer Liqada, bu mövsüm isə I Liqada çıxış edən “Şamaxı”nın baş məşqçisi olub.

Bənzər xəbərlər