Vüsal İsgəndərli "Partizani"də ilk qolunu vurdu
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniya çempionatında ilk qolunu vurub. Msport.az xəbər verir ki, “Partizani”nin vingeri “Vlajniya” ilə matçda fərqlənib.
“Partizani” səfər qarşılaşmasında 1:4 hesabı ilə məğlub olub və komandanın yeganə qolunu həmyerlimiz vurub. Qeyd edək ki, 26-cı dəqiqədə Vüsal hesabı açsa da, meydan sahibləri bundan sonra dörd dəfə fərqləniblər.
Start heyətində meydana çıxan Vüsal 68-ci dəqiqədə əvəzlənib.