Xabi Alonso: “Arda Gülər oynayanda…”
“Real”ın baş məşqçisi Xabi Alonso türkiyəli yarımmüdafiəçisi Arda Gülər haqqında danışıb.
Msport.az xəbər verir ki, mütəxəssis 20 yaşlı futbolçu haqda xoş sözlər səsləndirib:
“Arda hər cəhətdən inkişaf edir. Onun cəmi 20 yaşı var. Yaşını və keyfiyyətini nəzərə alsaq, Ardaya dəstək olmalıyıq. Qərar verməkdə və pressinqdə təkmilləşməlidir. Lakin o, çoxlu yaxşı keyfiyyətlərə malikdir. Arda oyuna çox məna gətirir. O oynayanda daha yaxşı komanda dinamikimiz olur. Gülərin irəliləyişindən çox razıyam, amma daha çoxunu istəyirik. Arda hələ də inkişaf edir, lakin çox yüksək səviyyədədir”.
Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.







