featured-image-70752

“Real” futbolçusu Antonio Rüdigerlə müqavilənin müddətini uzatmaq istəmir.

Msport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi 2026-cı ilin yayında Madrid təmsilçisindən ayrıla bilər.

Almaniyalı oyunçu komandanın baş məşqçisi Xabi Alonsonun planlarına daxil deyil. Mütəxəssis Rüdigerin qeyri-sabit çıxış etdiyini düşünür və tez-tez zədələndiyi üçün bu fikirdədir. Futbolçu hazırda da zədəlidir və dekabrda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən “Real”da çıxış edir.

Bənzər xəbərlər