featured-image-39442

“Səfərdən əlverişli nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik”.

Msport.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonso Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis növbəti üç xalı qazanmaq istədiklərini bildirib.

Alonso onları çətin qarşılaşmanın gözlədiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də start götürəcək.

Bənzər xəbərlər