"Xalqımız bizdən çox şey gözləyirdi" - Vinçentso Montella
Türkiyə milli komandasının baş məşçisi DÇ-2026-nın Paraqvayla oyunundan (0:1) sonra matçı dəyərləndirib.
Msport.az xəbər verir ki, o, hər kəsin çalışdığını və çox mübarizə apardığını deyib:
“Çox, lap çox məyusam. Xalqımız bizdən çox şey gözləyirdi. Bizim də gözlənrimiz var idi. Türkiyə Futbol Federasiyasına görə də məyusam. Necə işlədiklərini bilirəm. 35 ildir peşəkar futboldayam. Normalda 50 oyundan biri belə alınır, amma 2 matçın da belə olması…İki oyunda 65 zərbəmiz var. Topa nəzarət etmə faizindən heç danışmıram. Bəxt bizdən üz döndərdi. Futbolçularıma meydanda hər şeylərini verdiklərini və başlarını dik tutmalı olduqlarını dedim.
İlk görüşdə də futbolçular çox mübarizə apardılar, var-gücləri ilə oynadılar. Onları hər zaman dəstəkləyəcəm. Heç biri özünü kənara çəkmədi. Hər kəs çalışdı və sonadək mübarizə apardı, amma olmadı.







