featured-image-70350

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam klubunun Çempionlar Liqasındakı çıxışından danışıb.

Msport.az xəbər verir ki, o, championat.com-a açıqlamasında Azərbaycan xalqının bu sevinci yaşamağı haqq etdiyini deyib:

“Allaha təşəkkür edirik, Çempionlar Liqasındakı oyunlarımıza və qələbələrimizə görə. Bizim xalqımız bu qələbələri haqq edir. Azərbaycanda hər kəs “Qarabağ”ın Çempionlar Liqasındakı bu cür startına görə, xoşbəxtdir. Ölkədə əsl futbol bumu yaşanır.  Mənim Çempionlar Liqasında oynamaqla bağlı konkret arzum yox idi. Mən sadəcə bütün komanda kimi öz işimi görürəm”.

Bənzər xəbərlər