featured-image-79290

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu Paraqvaya məğlubiyyətdən (0:1) sonra fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, yarımmüdafiəçi bildirib ki, bütün güclərini qoysalar da, nəticə onların xeyrinə olmayıb:

“İndi söz tapmaq çətindir. Biz bütün gücümüzü qoyduq, amma bu, kofayət etmədi. Vururuq lakin qol olmur. Top ya dirəyə dəyir, ya da qapı tirinə. Bəxtimiz gətirmirdi. Rəqib bir zərbə vurdu və oyunu qazandı.

Bütün xalqımızdan üzr istəyirəm. Bizim gənc komandamız var. Qarşıda hələ çox turnirlər var. Ola bilsin ki, bu, mənim son yarışım oldu, ancaq xahiş edirəm ki, gənc oyunçularımızı dəstəkləyəsiniz”.

Qeyd edək ki, Türkiyə Avstraliya (0:2) və Paraqvaya (0:1 ) uduzaraq qrupda qalıb.

Bənzər xəbərlər