Xavi: “Daha çox qol vura bilərdik”
“Barselona”nın baş məşqçisi Xavi “Real” üzərində qələbədən sonra (4:0) mətbuat konfransında fikirlərini bildirib.
Msport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis daha çox qol vura biləcəklərini deyib:
“Mən “Barselona”nın baş məşqçisi və azarkeşiyəm. Biz bu nəticədən həzz almalıyıq. Futbolçulardan və nəticədən çox razıyam. Əla oyun keçirdik. Daha çox qol vura bilərdik. Mən futbolçularımla fəxr edirəm. Bu oyun “Barselona”nın 2009-cu ildə “Real Madrid” üzərində 6:2 hesablı qələbəsinə bənzədi.
Mənə alqış lazım deyil. “Barselona”nın futbolçularını alqışlamaq lazımdır. Bu qələbə futbolçuların, bütün komandanın, ailənin qələbəsidir. “Barselona”nın uğur qazanması üçün buradayam. Biz “Real Madrid”ə qarşı necə oynayacağımızı, necə hücum edəcəyimizi bilirdik. Rəqib yalnız son 20 dəqiqədə təşəbbüsü ələ ala bildi. Bu da normaldır. Çünki o vaxt biz artıq 4 top fərqi ilə irəlidə idik”.