featured-image-46945

“Barselona”nın baş məşqçisi Xavi “Milan”ı çalışdırmağa namizəd olan mütəxəssislərdən biridir.

Msport.az  xəbər verir ki, İtaliya təmsilçisi Stefano Piolini əvəzləyə biləcək məşqçiləri araşdırır.

“Milan”ın sahibinin məsləhətçisi olan Zlatan İbrahimoviç istəyir ki, Xavi bu komandaya gəlsin. İspaniyalı mütəxəssis mövsümün sonunda Kataloniya klubunu tərk edəcək.

“Rossoneri”ni çalışdırmağa namizədlər sırasında Ruben Amorim (“Sportinq”), “Unai Emeri (“Aston Villa”) və Serjiu Konseysaunun da (“Portu”) adı çəkilir.

Xatırladaq ki, bir neçə müddətdir ki, “Milan” rəhbərliyinin Pioli ilə yollarını ayıracağına dair xəbərlər gəzir.

Bənzər xəbərlər