featured-image-3499

“Barselona”nın baş məşqçisi Xavi Robert Levandovskinin Kataloniya klubuna keçidi barədə danışıb.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, mütəxəssis “Levandovskinin 33 yaşı var. Komandanız veteranları götürəcəkmi?” sualını belə cavablandırıb:

“Mən 38 yaşı olanda Dani Alveslə müqavilə bağladım. Məsələ yaşda deyil, oyundadır. Futbolçular özlərinə elə ciddi yanaşırlar ki, ildən-ilə onlar daha peşəkar olurlar. Hər futbolçu ayrıca dünyadır. İbrahimoviç, Modriç, Dani Alves…Onların hamısı böyük klublarda çıxış edirlər. Ronaldo və Mesi də həmçinin. Futbolçunun yaşı göstərici deyil. Oyunçu bizi daha da yaxşı edəcəkmi, bax, əsas  məsələ budur.

Bənzər xəbərlər