featured-image-8355

“Barselona” tezliklə ABŞ-a mövsümöncəsi turneyə çıxacaq. Martin Breytveyt, Samuel Umtiti və Riki Puç komanda ilə səfərə yollanmayacaq. Amma “Barsa”nın daha böyük problemi var.

Msport.az xəbər verir ki, baş məşqçi Xavini ABŞ-a buraxmırlar. Buna səbəb isə Xavinin İrana səfər etməsidir. Mütəxəssis Qətərdə işləyərkən “Əl-Sədd”lə İrana üç dəfə səfər edib.

Xavinin ABŞ-a daxil olması üçün xüsusi icazə alacağı gözlənilirdi, lakin ona son anda bu imtiyaz verilməyib.

“Barselona” rəhbərliyi problemi həll etmək üçün müxtəlif variantlardan yararlanmağa çalışır.

Bənzər xəbərlər