Xoakin 17 ildən sonra yenidən "Betis"lə kuboku qazandı - Foto
İspaniya kubokunun finalında “Betis” “Valensiya”nı əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penalti zərbələri ilə məğlub etdi – 5:4.
Msport.az xəbər verir ki, Sevilya klubunun heyətində kapitan Xoakin 40 yaşında fəxri mükafatı başı üzərinə qaldırıb. “Betis”in yetirməsi olan yarımmüdafiəçi 2000-2006-cı illərdə komandada çıxış etdikdən sonra karyerasında “Valensiya”, “Malaqa” və “Fiorentina” olub.
Xoakin 2015-ci ildə yenidən doğma komandasına qayıdıb.
Maraqlıdır ki, futbolçu 2005-ci ildə 24 yaşında da “Betis”lə “Copa Del Rey”i qazanmışdı. Həmin vaxt “yaşıllar” “Osasuna” üzərində qələbə qazanmışdı.