featured-image-79410

“Atletiko”nun və Argentina millisinin hücumçusu Xulian Alvares yay transfer pəncərəsində klubunu dəyişmək istədiyini açıqlayıb.

Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu ötən mövsüm “Atletiko”da 52 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

“Arzumu gerçəkləşdirmək istəyirəm. Danışmalı olduğum klubdakı insanlarla danışdım. Gələcəyim üçün ən yaxşı şey transferdir”, – deyə ESPN Argentina Alvaresdən sitat gətirir.

Oyunçuya daha əvvəl “Barselona” və digər Avropa klubları tərəfindən maraq ifadə edilib. Alvares hazırda komandanın pley-off mərhələsinə yüksəldiyi 2026-cı il dünya çempionatında Argentina milli komandasındadır. Argentinanın növbəti oyunu 28 iyunda İordaniyaya qarşı olacaq.

Bənzər xəbərlər