Xusanov mövsümün oyunçusu ola bilər
Özbəkistanlı müdafiəçi Abdukodir Xusanov “Mançester Siti”də mövsümün ən yaxşı futbolçusu ola bilər.
Msport.az xəbər verir ki, onunla yanaşı, yarımmüdafiəçi Jeremi Doku və müdafiəçi Niko Orayli namizədlər sırasındadırlar.
Bu mövsüm İngiltərə Premyer Liqasının bombardiri olmuş Erlinq Haland siyahıya düşməyib.
Xusanov cari çempionatda iki dəfə – yanvar və martda ayın oyunçusu seçilib. O, bu mövsüm 36 oyunda meydana çıxıb.
Özbəkistan millisinin üzvü 2025-ci ilin yanvarında “Lans”dan “Mançester Siti”yə keçmişdi.







