XXI əsrin ən yaxşı ikinci göstəricisi - “Qarabağ”dan
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXII turunda “Səbail”i son 18 dəqiqədə vurduğu 5 cavabsız qolla məğlub edib.
Msport.az xəbər verir ki, 76-cı dəqiqədə hesabı açan Ağdam klubu 90+3-cü dəqiqədə qarşılaşmada son nöqtəni qoyub.
Qurban Qurbanovun yetirmələri XXI əsrdə Azərbaycan çempionatlarında ən qısa müddətdə 5 qol vuran ikinci komanda olub. Bu baxımdan əsrin rekordçusu “Rəvan”dır. Paytaxt təmsilçisi 2012/13 mövsümündə “Turan”la görüşdə 14 dəqiqəyə 5 dəfə fəqlənib. Bu, 2013-cü il martın 30-na təsadüf edib.
“Rəvan” 6:2 hesablı qələbə qazandığı həmin matçın 60-73-cü dəqiqələri aralığında 5 qol vurmuşdu. Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç isə 73-cü dəqiqədə qol vurmuşdu.