featured-image-37796

Monteneqro millisinin Liviya ilə yoldaşlıq oyunu və Serbiyaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçı üçün heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, yığmanın baş məşqçisi Miodraq Raduloviç qarşıdakı görüşlər üçün 27 futbolçuya dəvət göndərib.

Onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də var. 28 yaşlı yarımmüdafiəçidən fərqli olaraq, Ağdam təmsilçisinin digər monteneqrolu oyunçusu Marko Veşoviç zədəli olduğu üçün milli komandadan kənarda qalıb.

Qeyd edək ki, Monteneqro yığması oktyabrın 14-də Liviya ilə, 17-də isə Serbiya ilə qarşılaşacaq.

Bənzər xəbərlər