featured-image-3272

“İnter”in baş direktoru Cüzeppe Marotta klubun transfer siyasəti haqqında danışıb.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki,  klub funksioneri Dibala haqqında müsbət fikirlər səsləndirib:

“Dibala əla futbolçudur. Azad agent olacağından düşünürəm ki, çox klublar onu heyətində görmək istəyər. Bizim 5 oyunçu olan hücum xətti çox keyfiyyətlidir. Onlar “İnter”i A seriyasının ən yaxşı komandası etdilər. Bizim hücumda problemlərimiz yoxdur, ancaq mən Dibalanın keyfiyyətlərini yüksək qiymətləndirirəm.

Bizim gənc və istedadlı məşqçimiz var. Heyətimiz gəncdir. Bəzi dəyişikliklər etməliyik və imkanlarımızdan maksimum istifadə etməliyik. Yayda böyük transferlər gözləməyə dəyməz. Komandanı formalaşdırmaq üçün xeyirli oyunçulara ehtiyacımız var.

Perişiçin müqaviləsi? Əgər özü qalmaq istəyirsə, bu məsələyə nikbun yanaşıram”.

Bənzər xəbərlər