featured-image-13545

Goranboy Olimpiya İdman Kompleksinin nəzdində, Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində, eləcə də Samux şəhərində ağırlıqqaldırma zalları istifafəyə verilib.

Msport.az xəbər verir ki, zalların açılışında nazir Fərid Qayıbov, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev iştirak edib.

Yeni istifadəyə verilən zallarda yaradılmış şəraitlə tanış olan qonaqlar idmançı və məşqçilərlə fikir mübadiləsi aparıb. Söhbət zamanı regionlarda bu idman növünün inkişafının əhəmiyyəti və geniş təbliği xüsusi vurğulanıb.

Səfərdə Fərid Qayıbov Şəki şəhərində “Buta” məktəbəqədər təhsil müəssisəsində istifadəyə veriləcək ağırlıqqaldırma zalı və İsmayıllı şəhərində Uşaq-Gənclər Şahmat İdman Məktəbinin nəzdində mövcud ağırlıqqaldırma zalının fəaliyyəti ilə də tanış olub.

 

Bənzər xəbərlər