featured-image-6420

“İnter”in və Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu Zlatan İbrahimoviçi kəskin tənqid edib.

Msport.az “Fanatik”ə istinadən xəbər verir ki, yarımmüdafiəçi isveçli futbolçu haqqında belə deyib:

“Onun 18 yox, 40 yaşı var. Onun yaşında olsam, belə hərəkətələr eləmərəm. İbrahimoviçin diqqət mərkəzində olmaq xoşuna gəlir. Bu mövüm skudettonun qazanılmasında onun böyük rolu olmayıb. Demək olar ki, oynamadı, lakin buna baxmayaraq, diqqət mərkəzində olmaq üçün əlindən gələni edir.  “Milan”da olanda məni yeməyə dəvət edən, yaxud da motosikletlə gəzməyə çağıran adamın bu cür danışması xoş deyil.

Mənim haqqımda kitabında da yazıb. Nəsə yazmalı idi, yoxsa həmin kitab boş qalardı. Düzünü desəm, bu məsələyə görə baş ağrıtmasaq yaxşıdır”.

Xatırladaq ki, İbrahimoviç “Milan” çempion olduqdan sonra mükafatlandırma mərasimində 2021-ci ildə qırmızı-qaralar”ı “İnter”ə dəyişən Hakan haqqında təhqiramiz ifadələr işlətmişdi.

Bənzər xəbərlər