Yeni rekord – 6-cı dəfə dünya çempionatında çıxış edəcək
Meksika millisinin və Kiprin AEK klubunun qapıçısı Qilyermo Oçoa DÇ-2026-da iştirak edəcək.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
40 yaşlı qolkiperin bu, karyerasındakı 6-cı mundial olacaq.
O, dünya çempionatından sonra peşəkar karyerasını başa vuracaq.
Oçoa Meksika millisinin heyətində 2005-ci ilin dekabrında Macarıstanla yoldaşlıq oyununda (2:0) debüt edib. O, Almaniyada keçirilən DÇ-2006-da ilk dəfə mundialda çıxış edib. Oçoa həmin dünya çempionatında bütün oyunlarda ehtiyatda qalmışdı.
Qapıçı yığma komandanın heyətində 152 matçda meydana çıxıb.
Qeyd edək ki, indiyədək heç bir futbolçu 6 dünya çempionatına qatılmayıb. Kriştiano Ronaldo və Leonel Messi üçün DÇ-2026 sayca beşinci mundial olacaq.







