Yığmamız Millətlər Liqasında mübarizəyə başlayır
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqasında mübarizəyə start verir.
Msport.az xəbər verir ki, yığmamız bu gün ilk oyununa çıxacaq.
C Liqasının 4-cü qrupunda qərarlaşan Siyasət Əsgərovun yetirmələri Monteneqronu qəbul edəcək. “Liv Bona Dea Arena”da baş tutacaq mat saat 15:00-da başlayacaq. Oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.